Latviyada koronavirusa yoluxanların sayı artır


Dünya 04 Apr 2020 08:28:00 105 0

Latviyada koronavirusa yoluxanların sayı artır

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 35 nəfər artaraq 493-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 198 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə min 364 nəfərdən 35-nin analiz nəticələri müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.