Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb


Dünya 04 Apr 2020 07:55:00 127 0

Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

Folklend (Malvin) adalarında COVİD-19 virusuna ilk yoluxma hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə adaların hakimiyyəti "Twitter" səhifəsində xəbər yayıb.

"Folklend adalarında COVİD-19 virusuna yoluxma halı təsdiqlənib. Koronavirus testi müsbət nəticə göstərən pasient xəstəxanada təcrid olunub", - məlumatda deyilir.

Folklend (Malvin) adaları - Atlantik okeanının cənub-qərb hissəsində yerləşən, iki böyük - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarət ərazidir.