ABŞda koronavirusa yoluxanların sayı 276 minə çatıb


Dünya 04 Apr 2020 07:25:00 100 0

ABŞda koronavirusa yoluxanların sayı 276 minə çatıb

ABŞ-da koronavirus qurbanlarının sayı 7 406 nəfərə yüksəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti xəbər yayıb.

Ümumilikdə ölkədə 276 min yeni növ koronavirusa yoluxma halı qeydə alinib, 9772 nəfər sağalıb.

ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yeri tutur. Ölkə artıq iki dəfə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşan İtaliya və İspaniyanı qabağlayıb. Nyu-York ştatı və eyni adlı şəhər koronavirusun yayılma ocağı kimi tanınıb, meqapolisdə yoluxanların sayı ölkədə bütün halların təxminən 20 faizini təşkil edir.