NyuYorkda COVİD19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb


Dünya 04 Apr 2020 07:35:00 100 0

NyuYorkda COVİD19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb

Nyu-Yorkda yeni növ koronavirus səbəbindən son sutka ərzində ölənlərin sayı 300 nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə meriyanın saytı xəbər yayıb.

Amerikan meqapolisində koronavirusdan ölüm hallarının sayı hazırda 1867-ə yüksəlib. Bir gün əvvəl bu say 1562-ə bərabər idi.

Yoluxanların ümumi sayı sutka ərzində 6 min çoxalaraq 56 289 təşkil edir. Şəhər xəstəxanalarında 11 739 nəfər müalicə alır.