"Instagram"ın işində problemlər müşahidə olunub


Dünya 04 Apr 2020 07:45:00 113 0

"Instagram"ın işində problemlər müşahidə olunub

"Instagram" sosial şəbəkəsinin işində bir sıra ölkələrdə şənbə günü nasazlıqlar yaşanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector servisinin saytinda bildirilib.

Nasazlıqlarla ən çox ABŞ, Niderland, Almaniya, İspaniya, Britaniya, Fransa, İtaliya, Türkiyə və Braziliya istifadəçiləri üzləşib.

İstifadəçilərin əksəriyyəti (43 faiz) xəbər lentinin yüklənməsi ilə bağlı problemlərdən şikayətlənib.