“HUAWEI” sürətli enerjidoldurma funksiyasına malik “ağıllı” uzadıcı elan edib


Digərləri 04 Apr 2020 07:11:00 89 0

“HUAWEI” sürətli enerjidoldurma funksiyasına malik “ağıllı” uzadıcı elan edib

"HUAWEI" şirkəti "Əşyalar interneti" kateqoriyasında "HiLink Zhengtai Smart Power Strip" adlı yeni məhsulunu elan edib. Qurğu 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən "ağıllı" uzadıcıdır. Yenilik Çində kraudfandinq platformasında əlçatandır.

Son.az ictnews.az-a istinadən bildirir ki, "HiLink Zhengtai" adlı qurğu 9 konnektorla (3-ü "USB Type-A" portudur) təchiz edilib. Onlardan biri bənövşəyi rəngdədir və 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmin konnektor "HUAWEI Mate 20 Pro", "Mate 30", "Mate Xs", "P30 Pro", "Nova 5 Pro", "HONOR V30", "MatePad Pro" və başqa smartfonlar üçün enerji bloku kimi istifadə edilə bilər.

Digər 6 rozetka müxtəlif başlıq tipli məişət texnikasının qoşulması üçün uyğundur. Bundan başqa, "Wi-Fi" moduluna malik uzadıcı "LiteOS" əməliyyat sisteminin idarəetməsi altında işləyir.