ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötdü - YENİLƏNİB


Dünya 04 Apr 2020 04:02:00 98 0

ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötdü - YENİLƏNİB

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

ABŞ-da koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 273 minə çatıb.

Bu barədə “Report” Birləşmiş Ştatların yerli və federal orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən xəbər verir.

Bildirilir ki, ölkədə 9,5 min COVID-19 infeksiyasından sağalıb.

ABŞ-da koronavirus qurbanlarının sayı 7 077 nəfər təşkil edir.

Qeyd edək ki, dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

03.04.2020. ***22:56

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 257 min nəfərdən çoxdur. Birləşmiş Ştatlarda 6,5 min nəfər COVID-19 infeksiyasının qurbanı olub, 9,3 min xəstə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.