Koronavirus Fransada qocalar evlərində sürətlə yayılır


Dünya 04 Apr 2020 02:47:18 126 0

Koronavirus Fransada qocalar evlərində sürətlə yayılır

Fransadakı qocalar evlərinin böyük əksəriyyətində&COVID-19 infeksiyası aşkar edilib.&

Fransadakı qocalar evlərinin böyük əksəriyyətindəCOVID-19 infeksiyası aşkar edilib.

“Report”un Fransa bürosu xəbər verir ki, koronavirus ölkədəki qocalar evlərinin 77 faizində yayılıb.

Yeni virusa yoluxma nəticəsində bu günədək 3 000 qocalar evində 1 416 nəfər həyatını dəyişib.

Qeyd edək ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6 507 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 588 nəfər vəfat edib. Hazırda COVID-19 infeksiyasına yoluxanlardan 27 432 nəfəri xəstəxanalardadır. Onların 6 662 nəfəri ağır vəziyyətdə reanimasiyalarda saxlanılır.

Dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanıolub.