Almaniyada koronavirus xəstələrinin sayı 85 mini ötdü


Dünya 04 Apr 2020 00:45:08 136 0

Almaniyada koronavirus xəstələrinin sayı 85 mini ötdü

Almaniya Federativ Respublikasında (AFR) koronavirusa yoluxanların sayı daha 1 153 nəfər artıb.

Almaniya Federativ Respublikasında (AFR) koronavirusa yoluxanların sayı daha 1 153 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında N-tv telekanalı bildirib.

Qeyd edilir ki, ölkədə ümumilikdə85 439 nəfər virusa yoluxub.

AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 23,8 min insan sağalıb.

Almaniyada son bir gün ərzində virusa yoluxmuştəxminən 150 insan ölüb, daha 5,5 min nəfər COVID-19-a yoluxub.