ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü


Dünya 03 Apr 2020 22:58:05 134 0

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 257 min nəfərdən çoxdur. Birləşmiş Ştatlarda 6,5 min nəfər COVID-19 infeksiyasının qurbanı olub, 9,3 min xəstə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.