Heyvanlar üzərində aparılan koronavirus sınağı İYUNDA BİLİNƏCƏK


Digərləri 03 Apr 2020 23:05:00 168 0

Heyvanlar üzərində aparılan koronavirus sınağı İYUNDA BİLİNƏCƏK

Avstraliyalı həkimlər iki potensial gücü olan peyvəndi heyvanlar üzərində sınaqdan keçirirlər.

Son.az xəbər verir ki, dünyada bir çox ölkə koronavirusun peyvəndini tapmaq üçün səfərbər olub. Avstraliyalı həkimlər və elm adamları peyvəndləri əvvəlcə heyvanlar üzərində test edəcəklər. İyun ayında nəticəsi çıxan peyvəndlərin daha sonra insanlara zərərli olub-olmayacağı sınaqdan keçiriləcək. Həkim Rob Grenfel bu haqda açıqlama verərək ''Normal şərtlərdə belə peyvəndləri sınaqdan keçirmək bir və ya iki ilimizi alır. Lakin biz uzun müddəti bir neçə aya qısalda bilmişik'' sözlərini deyib. (ölkə.az)