Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb


Digərləri 03 Apr 2020 22:44:00 128 0

Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı məlum olub.

Son.az "Koronainfo.az" saytında aprelin 3-ə olan statistik məlumatlara əsasən xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər) şəhərindədir.

Sonrakı yerləri Cəlilabad (15) və Salyan (12) tutur.

Koronavirusa yoluxan şəxslərin olduğu digər şəhər və rayonlar isə bunlardır:

Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1).

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.