Türkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi


Dünya 03 Apr 2020 22:40:00 162 0

Türkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi

Bu gecədən etibarən Türkiyənin 30 böyük şəhərinə, eləcə də ağciyər xəstəliklərinin geniş yayıldığı Zonquldak bölgəsinə avtomobillərin giriş-çıxışı dayandırılır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan karantin rejimi ilə bağlı sərtləşdirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, bəzi istisnalar nəzərdə tutulmaqla bu qadağa 15 gün müddətində qüvvədə olacaq və lazım gələrsə, uzadılacaq.

Bundan başqa, bu gecədən etibarən təkcə 65 yaşdan yuxarı şəxslərin deyil, 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan ediləcək.

Bazar və marketlərdə maska taxmaq məcburi olacaq.