Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi


Siyasət 03 Apr 2020 22:17:13 266 0

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi

“Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”.

“Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bildirib ki, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir:

“Qısası, avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur. Amma burada xüsusi bir məqamı qeyd etmək istəyirəm ki, həm şəxs avtomobilində sərnişin daşıya bilməz. Bundan əlavə avtomobildə digər sərnişin varsa, onun da icazəsi olmalıdır. Əgər icazə yoxdursa, o da xüsusi karantinin rejimin qaydalarını pozmuş sayılacaq və barəsində tədbirlər görüləcək”.