Bu şəxslərin SMSlə icazə almasına ehtyac yoxdur İbrahim Məmmədov


Digərləri 03 Apr 2020 22:10:00 704 0

Bu şəxslərin SMSlə icazə almasına ehtyac yoxdur  İbrahim Məmmədov

İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur:

"Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər:

"Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır"

124 saylı qərarın 1 saylı əlavəsi əsasında çalışan dövlət qurumlarının siyahısını bir daha diqqətinizə çatdırırıq:

1. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

2. "Azəriqaz" İstehsalat Birliyi

3. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

4. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

5. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti

9. "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti

10. "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

11. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti

12. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

13. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

14. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti