Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək İbrahim Məmmədov


Digərləri 03 Apr 2020 22:20:00 375 0

Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək  İbrahim Məmmədov

Bu gün ən çox daxil olan suallardan biri də tənha insanlara xidmət göstərən şəxslərlə bağlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

Onun sözlərinə görə, hazırda tənha insanların evdən çıxması qadağandır. Digər tərəfdən, onların fiziki imkanları məhdud olduğu üçün də ümumiyyətlə evdən çıxa bilmirlər:

"Tənha insanlara 3-5 ildir ki, xidmət göstərən şəxslər var. Amma həmin insanlar xidmət göstərdikləri tənha insanların evlərinə gələ bilməyəcəklər, çünki artıq evdən çıxma qadağandır. Digər tərəfdən, onlar rəsmi olaraq, sosial işçi kimi qeydiyyatda deyillər. Bunu nəzərə alaraq tənha insanlara xidmət edənlərə hərəkət azadlığı verilir. Sadəcə olaraq, bunun üçün onların icaze.gov.az saytına girib icazə alması lazımdır.

İ.Məmmədov hesab edir ki, icazələr insanların səbəbsiz yerə evdən çıxmasının qarşısını alacaq:

"Bu halda vətəndaş tərəfindən polislərə qarşı yersiz şikayətlər də ola bilməz, çünki insan faktoru aradan qaldırılır. icazə ilə insanlar çox rahat işə gedib gələcəklər".