Bakı sakinlərindən marixuana götürüldü


Kriminal 03 Apr 2020 21:45:00 257 0

Bakı sakinlərindən marixuana götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər Bakı şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.