Pandemiya kabusunun tezliklə bitməsini sürətləndirən SƏBƏBLƏR


Digərləri 03 Apr 2020 21:50:00 159 0

Pandemiya kabusunun tezliklə bitməsini sürətləndirən SƏBƏBLƏR

Merilend Universitetinin alimləri koronavirusun qarşısını alan tədbirlər hazırlayarkən hava proqnozuna fikir verməyi məsləhət görüb.

Son.az xəbər verir ki, tədqiqatçılar COVID-19-un əhatə etdiyi əsas ölkələrin 30 və 50-ci paralellərlə məhdudlaşan şimal yarımkürəsinin kifayət qədər dar enlik zolağında yerləşdiyini qeyd edib. Bura ümumilikdə 70 mindən çox yoluxma halının qeydə alındığı İtaliya, İspaniya, İran, ABŞ, Cənubi Koreya və təbii ki, Çin daxildir.

Alimlər buradan belə qənaətə gəlib ki, virusun müəyyən iqlim şəraitində yayılması daha əlverişlidir. Bu temperatur +5 ilə +11 dərəcədir, rütubət isə 47 faizdən 79 faizə qədərdir.

Krallığın alimləri də eyni fikirdədir. Patogen üçün ən uyğun temperatur +8.7 müəyyənləşdirilib. Onların versiyasına görə, xəstəliyin törədicisi isti havada məhv olmağa başlayır.

İtaliya və İsraili təkcə koronavirusun münbit olduğu enlik zonasında yerləşmələri birləşdirmir. Hər iki ölkə turistlər arasında son dərəcə populyardır. Ancaq fərqli epidemioloji vəziyyət var. Apennin yarımadasında yoluxanların sayı 35.000-i keçib, İsraildə isə xəstələrin sayı azdır.

Virusun digər əyalətlərə yayıldığı Şimali İtaliyada fevral ayı və martın ilk ongünlüyündə orta temperatur +6 , +9 aralığında idi. Qışın əvvəlindən Təl-Əvivdə ən azı iki-üç dəfə isti olub.

Cənubi Koreyada COVID-19 nəzarət altına alınıb. Martın əvvəlində bu ölkədə hər gün virusa bir neçə yüz yeni yoluxma qeydə alınıb, indi bu rəqəm onluğa düşüb. Və burada bir təsadüf var: keçən həftənin əvvəlində Cənubi Koreyaya hava kütlələri subtropiklərdən gəlməyə başlayıb. Günortadan sonra Seulda havanın temperaturu 15 dərəcəyə qədər yüksəlib.