Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? Alimlər SİRLƏRİ AÇDI


Digərləri 03 Apr 2020 21:40:00 144 0

Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir?  Alimlər SİRLƏRİ AÇDI

Həddən artıq çəki və piylənmə müxtəlif xəstəliklərin inkişafını sürətləndirən, səhhətimizi təhlükəyə atan başlıca amillərdən biridir. Məlum olub ki, köklük yeni tip koronavirus infeksiyasına da yoluxma riskini artıran əsas amillərdən biridir.

Son.az xəbər verir ki, bədən kütləsi indeksi nə qədər yüksək olsa, xəstəlik bir o qədər şiddətlənir.

"Bədən kütləsi indeksi müxtəlif yoluxucu və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu cür insanlar patologiyaların bir hissəsini özlərində daşıyır və nəticədə COVID-19-a qarşı daha dözümsüz olacaqlar. Bunu mövcud statistika da təsdiqləyir", - deyə gen mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov "İzvestiya"ya verdiyi açıqlamasında qeyd edib.

Yüksək dərəcədə piylənməsi olan insanlarda bir qayda olaraq ağciyərlərin işləmə həcmi azalır, bu da xəstəliyin pnevmoniya şəklində inkişafına kömək edir. Seçenov Universiteti Sağlamlıq İdarəetmə Klinikasının dietoloqu Natalya Puqaçeva isə hesab edir ki, xüsusilə yüksək piylənməsi olan insanlar risk altındadır.