İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı


Digərləri 03 Apr 2020 20:35:00 137 0

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

Son.az oxu.az-a istinadən bildirir ki, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. 

Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.

Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.