Bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib


Dünya 03 Apr 2020 20:30:00 134 0

Bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib

İsveçrədə koronavirusa yoluxma hallarının sayı son gün ərzində 1 036 nəfər artıb, 52 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 19 303 nəfərdən götürülmüş testlərdən müsbət nəticələr alınıb, 484 nəfər isə ölüb.

Hakimiyyət orqanlarının bildirib ki, xəstələrin orta yaşı 53-dür. Nəşr olunan məlumata əsasən, infeksiyanın yayılması xəritəsində xəstəlik ən çox İtaliya ilə sərhəd olan Ticino kantonunda qeydə alınıb.