Oğurluq edən keçmiş məhkum saxlanıldı


Kriminal 03 Apr 2020 19:59:00 155 0

Oğurluq edən keçmiş məhkum saxlanıldı

Oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini S.Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.