Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar


Digərləri 03 Apr 2020 18:44:00 114 0

Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar

Livanda yerli telekanallardan birinin ev heyvanlarının koronavirus daşıyıcısı olması barədə yanlış məlumatı insanlar arasında panika yaradıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sakinlər evdə saxladıqları heyvanlardan tezliklə can qurtarmağa çalışıblar. Xeyli ev heyvanı küçəyə atılıb, bəziləri isə zəhərlənərək tələf olub.

Bir neçə gün əvvəl telekanalın canlı efirində bir müxbir xəbər verib ki, evdə saxlanan heyvanlar SARS-CoV-2 koronavirusunun daşıyıcılarıdır.

​"Telekanal vətəndaşların koronavirusdan qorxmasını fürsət bilərək yalan xəbər yayıb, indi isə xeyli ev heyvanının tələf olmasına görə daşıdığı məsuliyyətdən yaxa qurtarmağa çalışır", - qəzet yazır.

Sosial şəbəkələrin Livan seqmenti də son günlər qəzəbli istifadəçilərin telekanalın ünvanına yağdırdığı ittihamlarla diqqət çəkir. Livan şəhərlərinin küçələrində dolaşan sahibsiz ev heyvanlarının video və fotoları paylaşılır. İnsanlar həmvətənlərini ev heyvanlarına qarşı mərhəmətli olmağa, onlara zərər yetirməməyə çağırırlar. 

​Cons Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri, onun törətdiyi COVID-19 xəstəliyindən ölənlərin sayı isə 51,5 mini keçib.