Avropaya idxal olunan tibbi avadanlıqlar rüsumdan azad olunur


İqtisadiyyat 03 Apr 2020 18:14:00 145 0

Avropaya idxal olunan tibbi avadanlıqlar rüsumdan azad olunur

Koronavirus pandemiyası ilə bağlı Avropa İttifaqı (Aİ) tibbi avadanlıq üçün hər cür idxal rüsumlarını və vergilərini ləğv edəcək.

Koronavirus pandemiyası ilə bağlı Avropa İttifaqı (Aİ) tibbi avadanlıq üçün hər cür idxal rüsumlarını və vergilərini ləğv edəcək.

“Report” xəbər verir ki, bu barədəAvropa Komissiyasının prezidenti Ursula von der Leyenbildirib.

“Xəstəxanalara, həkimlərə, tibb heyətinə keyfiyyətli tibbi avadanlıq lazımdır. Odur ki, həmin avadanlıq əlverişli qiymətə tədarük olunmalıdır. Buna nail olmaq üçün koronavirus böhranı zamanı Aİ-də həmin məhsulların idxalı üçün rüsum və vergi almayacağıq. Səhiyyə işçilərimizi dəstəkləmək üçün əlimizdən gələni edirik”, - prezident deyib.