Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb


Dünya 03 Apr 2020 18:14:00 132 0

Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb

Afrika qitəsində koronavirusa yoluxanların ümumi sayı açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu günə qədər Afrika ölkələrində 7 028 nəfər koronavirusa yoluxub.

Onlarda 284 nəfəri ölüb, 561 nəfər isə sağalıb.

Yoluxma sayına görə liderlik Cənubi Afrika Respublikasına məxsusdur. Bu ölkədə 1 462 yoluxma, 7 ölüm qeydə alınıb.

Əlcəzairdə 847 nəfər virusa yoluxub, 83 nəfər həyatını itirib.