"Report" yazdı, tikinti şirkətinin qanunsuz hasarı söküldü - VİDEO - YENİLƏNİB


Sosial 03 Apr 2020 18:03:00 119 0

"Report" yazdı, tikinti şirkətinin qanunsuz hasarı söküldü - VİDEO - YENİLƏNİB

Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin olmasına baxmayaraq, bəzi tikinti şirkətləri işlərini davam etdirirlər.

"Report" İnformasiya Agentliyinin qaldırdığı məsələyə dərhal Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları reaksiya verib.

İcra hakimiyyətindən "Report"a bildirilib ki, əməkdaşlar "Luxe Home" tikinti şirkətinin tikinti işləri apardığı həmin əraziyə göndərilib:

"Report" İnformasiya Agentliyinə qaldırdığı məsələyə görə təşəkkür edirik.Ərazidə qeyri-qanuni hasar çəkilməsi faktı aşkarlandı. Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şirkət rəhbərliyinə səkinin hasarlanmaması göstərişi verildi. Dərhal hasar geri çəkildi. Düzdür, şirkətin həmin ərazidə tikinti aparması qanunidir, lakin səkinin zəbt olunması qeyri-qanuni idi".

*** saat 17:02

Ölkədə koronavirus pandemiyasıilə bağlı xüsusi karantin rejiminin olmasına baxmayaraq, bəzi tikinti şirkətləri işlərini davam etdirirlər.

Bakı sakinlərindən "Report"a verilən məlumata görə, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi, 7 ünvanında "Luxe Home" tikinti şirkəti ərazidə tikinti işləri aparır.

Sakinlər iddia edirlər ki, şirkət qanunsuz olaraq ərazini zəbt edib, yolu səki olan hissəyə qədər bağlayıblar:

"Bu da vətəndaşların gediş-gəlişinə mane olur. Hazırda hər tərəf hasarlanır. Həmin ərazi əvvəllər avtodayanacaq idi. Şirkət həmin ərazini alıb, tikinti işləri aparmağa başladı. Sakinlər isə buna etiraz etdilər, iş müvəqqəti dayandırıldı. Ölkədə mövcud olan vəziyyətdən istifadə edən şirkət yenidən tikinti işlərinə başladı. Bildirilir ki, ərazidə yaşayış binası tikiləcək. Bəs insanlar buradan necə gedib-gələcəklər? Xahiş edirik ki, bu tikinti işləri tez bir zamanda dayandırılsın".