"İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi elektronlaşdırıldı


Sosial 03 Apr 2020 17:56:25 144 0

"İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi elektronlaşdırıldı

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən UNİCEF, Avropa İttifaqı və ƏƏSMN-nin dəstəyi ilə icra olunan

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasına qarşıqəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarlarların təmin olunması məqsədilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən UNİCEF, Avropa İttifaqı və ƏƏSMN-nin dəstəyi ilə icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Mərkəzin Ağcabədi rayonunda fəaliyyət göstərən Qarabağ Regional Ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb.

Gənclər üçün Təhsil Mərkəzindən "Report"a verilən məlumata görə, mərkəzin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə müraciətlər elektron qaydada və mobil zənglər vasitəsilə qeydə alınaraq sosial işçilərə yönləndirilir.

Müraciətlərə operativ baxılması, cavablandırılması və həlli üçün Mərkəzdə 4 sosial işçi, 2 psixoloq, 2 pedaqoq və 2 uşaq inkişafı mütəxəssisindən ibarət operativ işçi qrupu fəaliyyət göstərir.

Mərkəzə daxil olan müraciətlər arasında əsasən sosial müavinətlər, əlilliyin rəsmiləşdirilməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, SİM uşaqların reabilitasiya proqramlarına cəlb olunması və s. üstünlük təşkil edir.

Bütün müraciətlər sosial işçilər tərəfindən “Elektron keys menecment” sisteminə daxil edildikdən sonra, SİM uşaqların valideynləri psixoloq, pedaqoq və uşaq inkişafı mütəxəssisləri tərəfindən elektron qaydada müxtəlif reabilitasiya proqramlarına cəlb edilir və onları maraqlandıran suallar yerindəcə cavablandırılır. Yalnız xüsusi risk qrupuna aid ailələrin müraciətləri daxil olduqda sosial işçilər tərəfindən ailələrə səfər edilərək səyyar xidmətlər təqdim edilir.

Müraciətçilər mütəmadi olaraq koronavirus infeksiyası (COVID-19) ilə bağlı məlumatlandırılır və Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF və digər beynəlxalq təşkilatların dəstəyi ilə “Həyat boyu sağlamlıq naminə valideynlik” təşəbbüsü çərçivəsində hazırlanan müsbət valideynlik təcrübəsi ilə bağlı məsləhətlər təqdim edilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək