“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib


Digərləri 03 Apr 2020 17:51:00 177 0

“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib

"Virtual məktəb" portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər:

"Bundan əlavə şagirdlər müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər".

Elnur Məmmədov bildirib ki, həmin şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır: