Bacı və qardaşa ağır cinayət törədənlə bağlı YENİ QƏRAR


Kriminal 03 Apr 2020 17:49:00 154 0

Bacı və qardaşa ağır cinayət törədənlə bağlı YENİ QƏRAR

Bakıda bacı və qardaşa ağır cinayət törədən Elmar Qırxlarovun barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir aya qədər artırılıb.

Qeyd edək ki, Elmar Qırlxarovun barəsində sonuncu dəfə fevral ayında həbs qətimkan tədbiri 2 aya qədər artırılmışdı.

Ötən ilin dekabrında Elmar Qırxlarovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən ilin dekabrın 7-də Bakı şəhər sakini Elmar Qırxlarov Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ayşən Qırxlarovanın evinə gəlib. O, keçmiş arvadına və onun qardaşı, 1994-cü il təvəllüdlü İlkin Məsimliyə ağır bıçaq xəsarətləri yetirib.

Hadisəni törədən şəxs oranı tərk edib, hər iki yaralı isə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qırxlarov saxlanılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib.