Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır


Digərləri 03 Apr 2020 17:21:00 150 0

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu günə kimi Fonda 106 750 640 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 2260 hüquqi, 6296 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.