Qazaxıstanda koronavirusa yoluxanların sayı sürətlə artır


Dünya 03 Apr 2020 16:58:49 90 0

Qazaxıstanda koronavirusa yoluxanların sayı sürətlə artır

Koronavirusun indiyədək aşkarlanmadığı sonuncu bölgədə də virusa yoluxma halı qeydə alınıb.

Qazaxıstanda qeydə alınmış koronavirusa yoluxmaların sayı 460-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkə ərazisində indiyədək 3 nəfər pandemiyanın qurbanı olub.

Bundan başqa, bu gün koronavirusun indiyədək aşkarlanmadığı sonuncu bölgədə də virusa yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 034 000-i ötüb. Bunların 220 025 nəfəri sağalıb, 54 465 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.