Daha 298 Azərbaycan vətəndaşı Bakıya gətirilib AZAL


Digərləri 03 Apr 2020 16:27:00 99 0

Daha 298 Azərbaycan vətəndaşı Bakıya gətirilib  AZAL

"AZAL" aviaşirkəti tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin məlumatından Son.az-a verilən məlumata görə, eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.