"Verilişlərə baxanda ruhdan düşürəm"


Şou-biznes 03 Apr 2020 16:19:00 136 0

"Verilişlərə baxanda ruhdan düşürəm"

Əməkdar artist Almaz Ələsgərli İnstaqramda canlı yayıma girərək izləyicilərinin suallarını cavablandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni efirlərə çıxmamasının səbəbini açıqlayıb:

"Verilişlər görmürsüz nə gündədir? Baxıram, ruhdan düşürəm. Deyirəm, elə getməsəm yaxşıdır. Həm də başım tear sənətinə qarışıb. Düzdür, indi evdəyik, amma tezliklə işimizə qayıdacağıq".

Qızları ilə bağlı suallara isə Ələsgərli "Balalarınızı qoruyun, biz qocalırıq. Allah bizi balalarımıza möhtac etsin. Axırda onsuz da balana möhtac qalırsan" sözlərini deyib.