Zamiq dəbdəbəli evindən


Şou-biznes 03 Apr 2020 16:09:00 170 0

Zamiq dəbdəbəli evindən

Koronavirus səbəbi ilə evdə qalıb karantin günlərini müxtəlif məşğuliyyətlərlə keçirən məşhurlar gündəlik olaraq sosial media hesablarında da paylaşımlar edirlər.

Son.az big.az-a istinadən xəbər verir ki, müğənni Zamiq Hüseynov da bu məşhurlar sırasındadır. İfaçı "İnstaqram" səhifəsində fotolar paylaşaraq hər kəsə evdə qalmağı tövsiyyə edib. Dəbdəbəli evində çəkdirdiyi foto izləyicilərin qəzəbinə tuş gəlib. İzləyicilər "Zamiq villada oturub pulunun içində üzürsən, millətə də evdə qal deyirsən, toxun acdan nə xəbəri var?" kimi şərhlər yazaraq Hüseynovu tənqid atəşinə tutublar. Fotoları təqdim edirik: