Sərnişin sıxlığı hansı ərazilərdə müşahidə edilir?


Digərləri 03 Apr 2020 15:37:00 117 0

Sərnişin sıxlığı hansı ərazilərdə müşahidə edilir?

Regionlarımız üzrə Operativ Qərargahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə ürəkaçan deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir:

"Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur. Anlayış göstərən və hökumətin gördüyü zəruri və təxirəsalınmaz tədbirlərə dəstək olan bütün sərnişinlərimizə təşəkkür edirik".