"Fiziki qüsurum var, insanlar içinə çıxmaq istəmirəm"


Şou-biznes 03 Apr 2020 15:39:00 134 0

"Fiziki qüsurum var, insanlar içinə çıxmaq istəmirəm"

Bir müddət öncə xalq artisti Rəfael Dadaşovun dəfn mərasimində Afaq Bəşirqızının iştirak etməməsi hər kəsin ağlında suala səbəb oldu.

Son.az big.az-a istinadən xəbər verir ki, jurnalist Türkan Məmmədli ilə instaqramda canlı yayım zamanı xalq artisti Afaq Bəşirqızı bu məsələyə açıqlama verib. Belə ki, Afaq Bəşirqızı bildirib ki, səhhətində problemlər var ona görə də dəfndə iştirak edə bilməyib: "Mən bildim ki, hər kəs bunu soruşacaq. Düzdür, biz Rəfael müəllimlə yaxın idik. İkinci filmə çəkilirdik hətta. Amma mənə elə gəlir ki, Türkan, sən yaxşı bilirsən ki, mənim addımlamaq və gəzməklə bağlı problemim var. İkinci filmə çəkilən zaman da Rəfael çox əsəbi idi. Hətta çəkiliş qrupu da mənə deyirdi ki, "Afaq xanım, heç siz belə əsəbi deyilsiniz". Mən də onlara deyirdim ki, o nə desə, heç nə deməyin. Rəfaelin özünə də deyirdim ki, çox əsəbisən, özünü çox yükləyirsən. "Bilirəm, həyatın problemləri bizi yorur amma özünü qoru" dedim. Allah Rəfaelə rəhmət etsin. Mənim dəfnə getməməyimdə səbəb oldu. Şəhriyara dedilər ,niyə xalqın içinə çıxmırsan? O da cavabında "mənim kostyumumdan utanarlar" dedi. Bəlkə ola bilsin, məndə elə fiziki qüsur var ki, hələ ki, çıxmaq istəmirəm".