İsrail Fələstin nazirini yenə həbs etdi


Dünya 03 Apr 2020 15:09:00 104 0

İsrail Fələstin nazirini yenə həbs etdi

İsrailin təlükəsizlik orqanları Fələstinin Qüds İşləri naziri Fadi əl-Hadmini həbs edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fadi əl-Hadminin ofisindən verilən yazılı açıqlamada, İsrail polisi və kəşfiyyat orqanları tərəfindən nazirin Əs-Savane qəsəbəsindəki evinə basqın edildiyi bildirilib.

Açıqlamada əməliyyat zamanı evin xarici və daxili qapılarının sındırıldığı, evin içərisində axtarış edildiyi və 10 min İsrail şekelinin (təxminən 750 dollar) ələ keçirildiyi qeyd edilib.

Fadi əl-Hadminin saxlanılmasının səbəbi açıqlanmayıb.