Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb


Dünya 03 Apr 2020 14:29:00 123 0

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

2020-ci yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 482,667 milyon dollara bərabər olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Mart ayında Türkiyə 141,818 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 49,8 faiz azdır.