Bəzi yerlərdə yağış, Şahdağda 2 sm qar yağıb


Digərləri 03 Apr 2020 14:17:00 116 0

Bəzi yerlərdə yağış, Şahdağda 2 sm qar yağıb

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.