Ceyhun Salmanov: "Aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini saxlamaq və sərnişinləri yoxlamaq hüququ var"


Digərləri 03 Apr 2020 14:09:00 107 0

Ceyhun Salmanov: "Aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini saxlamaq və sərnişinləri yoxlamaq hüququ var"

Karantin rejiminin tətbiq olunduğu müddətdə aidiyyəti qurumların müstəsna səlahiyyətləri var ki, istənilən nəqliyyat vasitəsini saxlasın və onların sərnişinlərini yoxlasınlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, yoxlanılma həmin qurumların iş prinsipinə uyğun olaraq həyata keçirilə bilər:

"Yoxlanılma zamanı hətta fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin içərisində icazəsi olmayan sərnişin müəyyən edilərsə, həmin şəxslərin hərəkəti karantin rejimini pozmaq halı kimi qiymətləndirilməsi və cərimələnməsi həyata keçirilə bilər".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.