Belçikada bir sutkada 132 nəfər koronavirusdan öldü


Dünya 03 Apr 2020 13:39:58 93 0

Belçikada bir sutkada 132 nəfər koronavirusdan öldü

Krallıq üzrə yoluxanların ümumi sayı 16 770-ə çatıb

Belçikada son sutkada koronvirusa 1 422 yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin Böhran Qərargahı yayıb.

Bildirilib ki, bununla da krallıq üzrə yoluxanların ümumi sayı 16 770-ə çatıb.

Məlumata görə, daha132 nəfər ölüb, 578 nəfər xəstəxanaya yerləşdirilib, 377 nəfər isə hospitaldan buraxılıb.

Qeyd edək ki, Belçikanın sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir.