İcazə SMSi yaşı 65dən yuxarı şəxslərə şamil olunmur


Digərləri 03 Apr 2020 13:22:00 139 0

İcazə SMSi yaşı 65dən yuxarı şəxslərə şamil olunmur

"Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər.

C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir:

"Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər".

C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər: