Fələstində fövqəladə vəziyyət rejimi uzadıldı


Dünya 03 Apr 2020 12:20:48 111 0

Fələstində fövqəladə vəziyyət rejimi uzadıldı

Ölkədə koronavirusa 160 nəfər yoluxub

Fələstində koronavirusa görə fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin prezidenti Mahmud Abbassərəncam imzalayıb.

Qeyd edək ki, Fələstində mart ayında 30 günlük fövqəladə vəziyyət rejimi elan edilmişdi.

Xatırladaq ki, ölkədə koronavirusa160 nəfər yoluxub. Onlardan 12-si Qəzza zolağının sakinləridir.