OPEC və qeyriOPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək


Digərləri 03 Apr 2020 13:19:00 120 0

OPEC və qeyriOPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki,bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.