“Corona” pivəsinin istehsalı dayandırıldı


Dünya 03 Apr 2020 13:06:05 114 0

“Corona” pivəsinin istehsalı dayandırıldı

“Heineken”in Meksikada buraxdığı “Tecate” və “Dos Equis” pivələrinin də istehsalının dayandırılacağı güman edilir

Meksika hökuməti “Corona” brendli pivəni iqtisadiyyat üçün önəmsiz hesab edirvə şirkət əməkdaşlarınaaprelin 30-dək işləməyi yasaqlayıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Meksikanın pivə istehsalı şirkəti olan “Grupo Modelo” “Corona” və digər brendli pivələrin hazırlanmasını dayandıracaq.

Məlumata görə, buna səbəb ölkədə koronavirusla əlaqədar görülən karantin tədbirləridir. Hökumət onların fəaliyyətini iqtisadiyyat üçün həyati vacib saymır.

Bundan başqa, “Heineken”in Meksikada buraxdığı “Tecate” və “Dos Equis” pivələrinin də istehsalının dayandırılacağı güman edilir.

Qeyd edək ki, Meksikada koronavirusa yoluxma faktlarının rəsmi sayı 1 500-dən çoxdur. Virus qurbanlarının sayı isə ötən gün 50-yə çatıb.