Kanada hərbçilərinin bir hissəsini Ukrayna və İraqdan çıxarır


Dünya 03 Apr 2020 11:44:00 85 0

Kanada hərbçilərinin bir hissəsini Ukrayna və İraqdan çıxarır

Kanadanın Milli Müdafiə Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar İraq və Ukraynada müxtəlif missiyalara cəlb edilmiş hərbçilərinin bir hissəsini bu ölkələrdən çıxarmaq barədə qərar qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Ukraynadakı missiyaya cəlb edilən 200 nəfər hərbi təlimatçıdan ibarət qrupun çox hissəsi ölkəyə qaytarılacaq.

Bildirilir ki, İraqdakı missiyaya cəlb edilən hərbi təlimatçılar isə Kanadanın Küveytdə yerləşən aviabazasına köçürüləcəklər.

Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru telekanala bildirib ki, bu addımlar koronavirus pandemiyası səbəbindən atılır.