Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub


Siyasət 03 Apr 2020 11:25:36 121 0

Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub

Qətnamə “2019-cu ilin koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik” adlanır

BMT Baş Assambleyası Azərbaycanın da həmmüəllifi olduğu qətnaməni qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamə bütün ölkələri koronavirusla mübarizədə birləşməyə çağırır.

Qətnamə “2019-cu ilin koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik” adlanır.

“Baş Assambleya pandemiyanın yayılmasının qarşısını almaq, onun üzərində qələbə qazanmaq məqsədilə fəal beynəlxalq əməkdaşlığa çağırır”, - sənədin mətnində deyilir.