Koronavirus peyvəndində böyük addım


Dünya 03 Apr 2020 11:19:00 91 0

Koronavirus peyvəndində böyük addım

ABŞ-ın Pitsburq Universitetinin Tibb Fakültəsinin apardığı araşdırmalar nəticəsində, koronavirusa qarşı mübarizə aparan və yetərli sayda antikor istehsal edən peyvənd hazırlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "EBioMedicine" Tibbi jurnalında yayımlanan məqalədə məlumat verilib. 

Məqalədə bildirilir ki, ilkin mərhəldə siçanlar üzərində aparılan peyvənd sınaqları uğurla nəticələnib.

Mütəxəssislər bir iynə əvəzinə 400 mikro iynədən ibarət olan kiçik yara bandı şəklində bir peyvənd hazırladıqlarını açıqlayıb.