Koronavirusa qarşı İMMUNİTET necə formalaşa bilər?


Dünya 03 Apr 2020 10:49:00 106 0

Koronavirusa qarşı İMMUNİTET necə formalaşa bilər?

Koronavirus artıq qlobal pandemiyaya çevrilib. Xəstəlik sürətlə yayıldığı üçün immunitetin meydana gəlməsi ilə bağlı dəqiq məlumatlar və statistika mövcud deyil. Lakin digər növ koronaviruslara qarşı immunitetin yaranması haqqında məlumatlar var.

Son.az xəbər verir ki, mütəxəssislər koronavirusa qarşı immunitetin və vaksinlərin olub-olmaması barədə geniş məlumat verib. Ekspertlər infeksiyaya qarşı immunitetin necə yarandığını açıqlayıb.

Xəstəliklə mübarizədə insan hüceyrə immunitetini inkişaf etdirir və infeksiyanın təkrarlanması nadir hallarda baş verir, yaxud da daha yüngül formada keçirir. Lakin COVID-19 kifayət qədər tez mutasiya edir, odur ki, dəyişikliklərə uyğunlaşmaq üçün bədənin vaxtı olmaya bilər. Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Elena Malinnikovanın sözlərinə görə, koronavirusa yenidən yoluxma halları mümkündür. Artıq xəstələnən insanın eyni virusun digər variantlarına yoluxmasının mümkün olduğuna dair dəlil var.

İnsanın koronavirusa qarşı immuniteti varmı?

"Bədən bu növ koronavirusa qarşı immunitetə sahib deyil. İnfeksiya orqanizmə tanış olmadığı üçün dərhal tanımır, odur ki, hər kəs xəstələnə bilər. Ancaq çaxnaşma yaratmaq və təşvişə qapılmaq lazım deyil. Eyni sxem bir çox digər viruslara da aiddir. Məsələn, qrip peyvəndi hər il vurulur, çünki virus mutasiyaya uğrayır və köhnə peyvəndin artıq heç bir təsiri qalmır. Hətta bu tədbir də tam immunitetə zəmanət vermir - qripə yoluxa bilərsiniz, ancaq daha yüngül formada xəstələnəcəksiniz", - deyə biotexnoloq Denis Yudçits Rusiya mətbuatına açıqlamasında bildirib.

Bu cür infeksiyalara qarşı ya xəstəlikdən sonra, ya da peyvənd yolu ilə sabit immunitet meydana gəlmir. Ancaq heç bir xroniki xəstəliyi olmayan insan dəyişməmiş koronavirusa yenidən yoluxarsa, immuniteti ona qarşı daha çox müqavimət göstərir. Qarışıq patologiyalar (ürək xəstəlikləri, immunitet zəifliyi) olduğu halda, eyni virusa yenidən yoluxma ehtimalı yüksəkdir.

Praktik olaraq kollektiv immunitet inkişaf etdirilməyincə, insanlar bu virusa yoluxmağa davam edəcək. Bəzi insanların xəstəliyə tutulmaq ehtimalı on qat daha azdır, lakin virusa qarşı xüsusi immunitet olması səbəbindən deyil, sadəcə orqanizmi daha güclüdür. İnsan nə qədər gəncdirsə, onun üçün risk o qədər azdır. Əksər hallarda uşaqlarda və gənclərdə koronavirus infeksiyası heç bir ağırlaşma olmadan davam edir.

Yaşlı insanlarda bədən zəifləyir və bir çox xroniki xəstəliklər koronavirusun gedişatını pisləşdirir. 60 yaşdan yuxarı şəxslərdə ən yüksək ölüm nisbəti 80%-dir. Əksəriyyətində əvvəlcədən ciddi ağciyər və ürək problemləri olur.

Koronavirusa qarşı immunitet necə yarana bilər?