Özbəkistanda koronavirusa yoluxanların sayı artdı


Dünya 03 Apr 2020 09:57:22 107 0

Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Orta Asiya ölkəsində koronavirusa yoluxanların sayı sürətlə artır

Özbəkistanda daha 16 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla daÖzbəkistanda koronavirusa yoluxanların sayı 221-ə çatıb.

Qeyd edək ki, Orta Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 016 000-i ötüb. Bunların 213 131 nəfəri sağalıb, 53 237 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.